Ermənistanda nazir ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, İrəvanın “Nairi” tibb mərkəzində ölkənin fövqəladə hallar naziri Armen Eritsyan keçinib.
O, onkoloji xəstəlikdən əziyyət çəkib və dekabrın 13-də vəziyyəti pisləşdiyindən tibbi mərkəzə çatdırılıb.
1960-cı ildə İrəvanda doğulan Armen Eritsyan Ermənistanın müxtəlif illərdə daxili işlər orqanlarında çalışıb.
O, 2010-cu ildən Ermənistanın fövqəladə hallar naziri vəzifəsini tutub.
Yenicag.az