Ermənistanın gələcək baş naziri Paşinyanın xanımı olacaq?

Ermənistan hökumət komandası deyir ki, növbəti seçkilərdə baş nazir postuna Nikol Paşinyanın xanımı Anna Akopyanın namizədliyi irəli sürüləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Onun hiperaktivliyini izah edən məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. “Mülki Müqavilə” partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb. Ancaq bir şeyi nəzərə almadılar: Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, – nəşr qeyd edir./unikal