Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya

Reklam: Sinerji Pro

Fevralın 27-də Niderland Krallığının Haaqa şəhərində Azərbaycan və Türk diaspora təmsilçiləri Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində etnik azərbaycanlılara qarşı soyqırım aktı törədildiyini qeyd edərək, bildiriblər ki, bu soyqırım törədilmə üsullarına görə əsl dəhşət və qəddarlıq nümunəsidir.

Hollandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın Ermənistanın ötən əsrdə Azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım törətdiyini bildirərək, qeyd edib ki, dünya dövlətləri bu soyqırım faktlarını görməzdən gəlir, 1915-ci ildə Osmanlıda olmayan bir hadisəni soyqırım kimi tanıtmağa çalışır.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, keçən həftə Hollandiya Parlamentinin alt komissyonu sözdə “erməni soyqırımı”nı tanıyır: “Bu, bizdə təəssüf doğurur. Avropa dövlətləri Xocalı soyqırımını görməzdən gəlir, lakin yüz il əvvəl kimlərinsə uydurduğu bir yalanı soyqırım kimi tanımağa cəhd edir”.

Daha sonra aksiya iştirakçıları “Xocalıya ədalət” şüarları səsləndiriblər.

www.yenicag.az

1214
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM