“Ermənistanın hərbi doktrinasının aqressiv olduğu bir daha sübut olundu”

“Təmas xəttində vəziyyət gərginləşməmişdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın əsas enerji infrastrukturunu – Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
“Ermənistanın son raket hücumları Ermənistanın hərbi doktrinasının bu qədər aqressiv olduğunu bir daha sübut edib”, o vurğulayıb.