Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın iflasa uğrayan SON TƏXRİBATI: "Qərbin mövqeyi balanslaşır"

Reklam: High Technic

“Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistan növbəti təxribatı ilə Azərbaycanı günahkar qismində təqdim etmək istəyi uğursuz alındı”.

Bunu Ermənistanın son təxribatları və Azərbaycanın adekvat cavab tədbirləri sonrası prosesin yenidən alovlanmasını dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Turan Rzayev hesab edir ki, Ermənistanın dövlət sərhədində gərginliyi artırmaqda məqsədi regiona digər qüvvələri gətirmək istəyidir:

“Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və öz maraqları naminə regiona havadarı olan digər qüvvələri cəlb etmək istəyir. Təsadüfi deyil ki, Ermənistan Rusiyanı şantaj etməyə də cəhd göstərdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması bunu bir daha sübut edir. Yəni Ermənistan bu addımı ilə bir daha regionda yaranan yeni reallıqla barışmaq istəmədiyini, həmin reallığı öz maraqları naminə formalaşdırmaq üçün alternativ gücləri prosesə cəlb etmək istədiyini bir daha açıq şəkildə bəyan etdi.

Prinsip etibarilə rəsmi İrəvanın bu mövqeyi bizim üçün yad deyil. Ermənistandan fərqli nəsə gözləməsək də, bu kimi cəhdlərinin heç bir effekti yoxdur. Rəsmi Bakı regionda Ermənistanı hamıdan yaxşı tanıyır və İrəvanın atdığı addımları öncədən təxmin edir. İndiki halda rəsmi Bakının atacağı ən sərt addımlara görə heç bir beynəlxalq güc Azərbaycanı ittiham edə bilməz”.

Siyasi şərhçi hesab edir ki, regionda marağı olan əksər ölkələr gərginliyin artmasında maraqlı deyil:

“Mövcud gərginlik ilə bağlı artıq bir çox dünya dövləti və regionda marağı olan qüvvələr bəyanat verib. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ölkə başçısı İlham Əliyevə zəng edib. Həmçinin ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Bu məsələdə həmin dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir”.

Gülşən Şərif

www.yenicag.az

176
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100