!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ – ŞƏRH

!Reklam – Yazi

“Prezident çox haqlı olaraq dedi ki, yenə də bunlar çəkinmədən beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, Ermənistana Orta Şərqdən kimlərisə yerləşdirmək həm Cenevrə Konvensiyasını pozur, həm də özlərinin məqsədinin yalnız işğal olduğunu bütün dünyaya göstərir”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında Prezident İlham Əliyevin dünənki çıxışını şərh edərkən Azərbaycan Demokratik İslahatlar partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Ermənistanın indiki rəhbərliyi bundan öncə erməni tərəfinin apardığı danışıqların imitasiyasına son qoyub:

“Onlar artıq öz planlarını açıq şəkildə ortaya qoyublar. Bunların müharibəyə hazırlaşması göz qabağındadır. Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxundu. Məqsəd ondan ibarətdir ki, ölkənin daxilində heç nəyə nail olmayan rəhbərlik artıq arxasında duran qüvvələr ilə razılığa gəlib və yeni əməliyyatlara başlamaq istəyirlər. Bunu indiki məqamda həyata keçirməyin əsas səbəbi odur ki, Azərbaycanın strateji layihələri işləməyə başlayıb. Ölkəmiz neft, qaz sahəsində böyük bir sistem formalaşdırıb. Artıq Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilirik. Bunun qarşısını almaq üçün Azərbaycanı istəməyən qüvvələr Ermənistandan yenidən istifadə edərək, münaqişənin coğrafiyasını genişləndirməyi planlaşdırırlar”.

A. Mollazadənin sözlərinə görə, artıq təcavüzkarın cilovlanmasının vaxtıdır:

“Prezident çox düzgün qeyd elədi ki, onların bütün qonşu ölkələrə, o cümlədən Türkiyə və Gürcüstana ərazi iddiaları var. Ermənistan sadəcə ölkə deyil, hansısa hərbi layihədir ki, onu istifadə edərək, bölgədə stabilliyi pozmaq istəyirlər. Bu, münaqişənin coğrafiyasını Orta Şərqə qədər genişləndirmək deməkdir. Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar, ictimaiyyət bu istiqamətdə müvafiq addımlar atmalıdır. Azərbaycanın bu təxribatlara cavab verməyə kifayət qədər gücü var. Lakin Azərbaycana inkişaf üçün bölgədə stabillik lazımdır. Ən əsas məsələ də odur ki, Azərbaycan xalqının ən böyük dəyəri onun müstəqilliyidir. Bu müstəqilliyi qorumağa qadirik”.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv