Ermənistanın iqtisadiyyat naziri Moskvaya gedəcək

media-hightechnic-468x90

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın günlərdə Moskvaya gedəcək və orada ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək.

Yenicag.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir parlamentin maliyyə-kredit və büdcə məsələləri komissiyasının iclasında açıqlayıb.

“Yaxın günlərdə mən Rusiyaya səfər etmək və həmkarlarımla görüşmək niyyətindəyəm. Qarşılıqlı maraq kəsb edən geniş spektrli məsələlər qeyd olunub, biz onları müzakirə etməyi planlaşdırırıq. Və bu gündəm ticarət-iqtisadi əlaqələrimizin daha da genişlənməsini nəzərdə tutur”, – deyə nazir qeyd edib.

Papoyan bir daha vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanını nəzərdən keçirmir və Avropaya inteqrasiya haqqında qanun layihəsi Aİ-yə avtomatik üzvlük demək deyil./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600