“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur” – İlham Əliyev – Yenicag.Az

Reklam

Reklam

“Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Bu sənədlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. BMT Təhlükəsizlik Şurası 20 ildən artıqdır ki, münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr öz qüvvəsini itirməyib. Lakin Ermənistan bu qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1320
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."