“Ermənistanın müdafiə naziri istefaya göndərilir” – KİV

Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq.

Yenicag.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, nazirin istefası məsələsi həll olunub.

İddialara görə, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı müdafiə naziri təyin edə bilər. /Report/