“Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”

“Ermənistan tərəfinin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi müharibə cinayətləri dayanmır”.

Yenicag.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın bu gün Bərdə və Tərtəri atəşə tutması nəticəsində bir yeniyetmə həlak olub, bir nəfər isə yaralanıb: “Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artır”.