Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı

Ermənistanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Yencag.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko”Ermənistan kimsəyə lazım deyil”, demişdi. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.

COP29