!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Qərb və Rusiya arasında OYUNU: “Paşinyanın məqsədi sülh yox...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Cənubi Qafqazda varlığını davam etdirmək planı var. Ermənistan bunu anlasa da, Qərb iddiasından geri qalmır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya və Qərb faktorundan necə istifadə etdiyi haqda fikirlərini səsləndirən siyasi şərhçi İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya-Ermənistan münasibətləri 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələrək anti-Rusiya siyasəti həyata keçirdikdən sonra gərginləşdi:

“Paşinyan hakimiyyətə gəldikdə Rusiya ilə münasibətlərə xələl gətirməyəciyini bildirirdi. Lakin əməldə isə İrəvanın Moskvaya qarşı demarş etdiyini, KTMT-dən çıxmaqla bağlı hədələr yağdırdığını, Rusiyanın geo-siyasi orbitindən uzaqlaşmaq həvəsində olduğunu müşahidə etdik. Ermənistanda hakimiyyət dəyişikliyi olduqdan sonra rusmeyilli vəzifəlilər Qərbdə təhsil alan, Qərbin qeyri-hökumət təşkilatlarında ad çıxaran şəxslərlə əvəz olundu. Bu isə açıq-aşkar Ermənistanın Qərbə meyilləndiyinin mesajı idi.

Ermənistanın atdığı addımları Moskva da analiz edərək lazımi tədbir gördü. “Vətən” müharibəsində Rusiyanın neytral dayanması bu faktorlardan biridir.

Bu, Rusiya ilə Ermənistanın sövdələşərək münasibətlərinin gərginləşdirilməsinə dair planlarının olduğunu deyil, daha çox Ermənistanın Qərb və Rusiya arasında oyununu əks etdirir. Rusiyanın Cənubi Qafqazda varlığını davam etdirmək planı var. Ermənistan bunu anlasa da, Qərb iddiasından geri qalmır. Paşinyanın məqsədi sülh yox, hakimiyyəti saxlamaq və müxalif qüvvələri sakitləşdirməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv