“Rusiya Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir və buna mane olmaq üçün hər cür addım atır və atacaq da”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh sazişi, sərhədlərin müəyyən olunması, kommunikasiyaların açılması məsələlərilə bağlı Azərbaycan tərəfini ittiham etməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, prosesi qəlizləşdirən Rusiyadır:
“Rusiya istəmir, məsələ öz həllini tapsın. Ermənistanda barışmaz mövqe tutan qüvvələri dəstəkləyir. Paşinyana təzyiq göstərirlər ki, Azərbaycanın şərtlərini qəbul etməsin. Rusiya Azərbaycandan da xahiş edir ki, bir sıra məsələlərdə sərt mövqe tutsun. Rusiya hər vəchlə çalışır ki, Ermənistan-Azərbaycan arasındakı məsələ öz həllini tapmasın. Qısa desək, “atan kazaklardır”.
Səxavət Məmməd