Ermənistanın sabiq müdafiə naziri beynəlxalq axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan beynəlxalq axtarışa verilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu yerli polis rəisi Valeri Osipyan mətbuat konfransında deyib.

Keçmiş nazir 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar baş tutan etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.

Onunla yanaşı Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan da beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, bir müddət öncə onlar Ermənistan daxilində axtarışa verilmişdi.

COP29