!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın silahlanmasında VACİB MƏQAM: “Onlar bölgəyə girməyə çalışacaqlar”

!Reklam – Yazi

“Bəzi nazirliklər və komitələr Qarabağa köçürülməlidir”.

Bu fikri Ermənistanın silahlanması, regionda yaranan gərginlik və bunun səbəblərini Yenicag.az-a dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

O, bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi olmasa da, protokol imzalamalıdır:

“Ermənistan nə qədər Avrointeqrasiya xətti tutsa da, ruspərəstlər iş başındadır. Rusiyanın Ermənistanda hərbi bazası var. Yəni Ermənistanın “qulağ”ının biri Rusiyanın əlindədir.

Sülh sazişinin hər hansı bir protokolla ehtiva olunmasını istəyirəm. Əgər bu baş verərsə, Azərbaycan hegemon olaraq diktə edə bilər. Azərbaycanla Ermənistan arasında münasibətləri tənzimləyəcək hüquqi sənəd yoxdur. Odur ki, “Ermənistan silahlandırılır” stressindən Azərbaycan insanını çıxarmalıyıq. Ermənistan özünü müdafiə üçün imkanlar axtaracaq, bunun üçün müttəfiqlər də tapılacaq. Ermənistana müttəfiq olanlar çalışacaqlar ki, onun vasitəsi ilə bölgəyə girsinlər, payçı olsunlar, gələcək böyük layihələrdə iştirak etsinlər”.

“Geopolitik mənzərədə aydınlaşma olmadığı üçün Ermənistanla Azərbaycan konfliktin tərəflərdir. İki ölkə arasında hər hansı sənəd imzalanmadığı üçün prosesi istədikləri yeri çəkirlər. Ermənistan hələlik qınına çəkilib. Ona görə də Ermənistanla protokol imzalayıb və bundan istifadə edərək, siyasətə qurmaq lazımdır. Bundan əlavə, Azərbaycan daxili siyasətini düzgün qurmalıdır. Qarabağlıları quruculuğa səfərbər etmək, Türkiyənin Qarabağda konsulluqlarını açmaq lazımdır. Hətta bəzi nazirliklər, komitələr Qarabağa köçürülməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv