!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın SON ÇIRPINIŞLARI: "KTMT bu prosesə qoşulsa, Türkiyə də..."

!Reklam – Yazi

“İndiki məqamda Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmək lazımdır. Paşinyan İlham Əliyevə yalvarıb-yaxarmalı, sülh müqaviləsini imzalamalı və öhdəliklərini yerinə yetirməlidir”.

Bu fikri Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş döyüş toqquşması, erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə qoşmaq üçün çağırışlarına münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Ermənistan yalvara-yalvara sülh müqaviləsi imzalamağa gəlməlidir:

“Uzun müddətdir ki, Ermənistan rəhbərliyi götürdüyü öhdəliklərə əməl etmir. Söz oyunu ilə məşğuldur. Müəyyən kəsim də var ki, onlar da erməni tərəfini qızışdırır. Elə bilirlər ki, 30 il müddətində olduğu kimi Azərbaycan yenə Ermənistanın nazı ilə oynayacaq. Bizim proqnozlarımız, hadisələrin gedişi də Azərbaycanın artıq diqtə edən tərəf olduğunu göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün işin üstünə gedir və bunu bütün dünyaya da elan edib. Erməni tərəfi əgər sülh yolu ilə prosesi nizamlamaq istəmirsə, o zaman hərbi yolla götürdüyü öhdəliyi yerinə yetirmək məcburiyyətində qalacaq. Hadisələrin indiki gedişi də bunu göstərir.

Erməni tərəfi təxribatlar törətdilər. Onların bu əməllərinin qarşısı əsaslı sürətdə alındı. Erməni tərəfi 200 nəfərə yaxın itki verib. Ermənistana çox böyük ziyan dəyib. Ermənistan cəmiyyəti yas içindədir. Müqavimət göstərmək gücləri yoxdur. Erməni riakarlığı ilə yenə kimlərisi köməyə səsləyir, KTMT-ni prosesə qoşmaq istəyirlər. KTMT bu prosesə qoşulmayacaq, əgər qoşulsa, Azərbaycanın hərbi müttəfiqi Türkiyə də prosesə qoşulacaq. Azərbaycan qərarlı sürətdə Ermənistanın üzərinə gedir və geri çəkilmək olmaz. Zəngəzur dəhlizi bizim nəzarətimizə keçə bilər. Biz aylar öncədən bufer zonanın yaradılmasını təklif edirdik. Zəngəzur götürülməlidir. Bufer zona Göyçə gölündən Allahverdi rayonuna qədər getməlidir. Ermənilər bükə bilmədikləri əli öpmək məcburiyyətində qalacaqlar.

Şəhidlərimizlə bağlı aldığımız xəbər üzücüdür, ancaq hərbi əməliyyat nöqteyi-nəzərdən böyük üstünlük əldə olunub. Ona görə də düşünürəm ki, indiki halda bütün ölkə vətəndaşları, media, siyasi camiə Azərbaycan ordusunu, dövlətini və prosesi aparan Ali Baş Komandanı müdafiə etməlidir. Müharibə başlayan dövrdə də demişdim, prosesi aparan adam kimdirsə, o adamın əli güclü olmalıdır. Həmişə demişəm, ölkə daxilində gərginlik olmamalıdır ki, işimizi həll edə bilək. İndi şans yaranıb. Dünyanın başı Rusiya-Ukrayna müharibəsinə, enerji daşıyıcılarına qarışıb. Ermənilər də fürsətdən istifadə edib vaxt uzatmağa çalışırdılar. İndi bunu edə bilməyəcəklər. Azərbaycan Türkiyənin Suriyada bufer zona yaratdığı kimi bir zona yaratmalıdır. İndiki məqamda Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmək lazımdır. Erməni tərəfinin başqa çıxış yolu yoxdur. Vasitəçi axtarmağa da ehtiyac yoxdur. Paşinyan İlham Əliyevə yalvarıb-yaxarmalı, sülh müqaviləsini imzalamalı və öhdəliklərini yerinə yetirməlidir. Bundan əlavə, Zəngəzur dəhlizini açmalıdır. Qarabağda yaşayan ermənilər də səslərini kəsib, tülkü kimi hamısı susub. Hər kəs həddini bilir”.

Səxavət Məmməd

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv