!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanın taleyi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan asılıdır" - ŞƏRH

!Reklam – Yazi

“Sülh müqaviləsinin olmaması alternativ müharibədir”.

Bu fikirləri rəsmi İrəvanın Rusiya buxovundan azad olma cəhdlərinin iki ölkə arasındakı münasibətlərə mümkün təsirini dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Elman Nəsirov qeyd edib ki, Ermənistanın gələcək taleyi yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir

“İki dövlət arasında kifayət qədər problemlər formalaşıb. Ermənistan hər zaman Rusiyadan sağmal inək kimi istifadə etmək, imkanlarından yaralanmaq istəyib.
İkinci Qarabağ müharibəsində Paşinyan, Rusiya Silahlı Qüvvələrindən və texnikasından Azərbaycana qarşı istifadə etmək üçün çox çalışdı, KTMT-nin Ermənistana dəstək verməsi üçün əlindən gələni etdi, lakin istəyinə nail ola bilmədi.

Ermənistan ictimaiyyətində çox ciddi müzakirələr gedir. Müzakirələr məhz Rusiya münasibətləri ilə bağlıdır. Yəni istəyirlər ki, Rusiya bütün hərbi gücü və potensialı ilə Ermənistanın yanında olsun. Buna nail olmayacaqları təqdirdə, Ermənistanın KTMT-dən çıxması reallaşmalıdır. 102-ci hərbi bazanın fəaliyyətinə son qoyulmalıdır”.

Deputat bildirib ki, Ermənistan alternativ olaraq ABŞ və Fransanı özü üçün müttəfiq görür:

“Ermənistan onların silahlı qüvvələrindən istifadə etmək istəyir. Ermənistanın arzusudur ki, Qarabağda yerləşən rus sülhməramlılarını ABŞ və ya Fransa sülhməramlıları əvəz etsin. Makron ilə görüşdə Paşinyanın Ermənistan-Azərbaycan sərhədinə beynəlxalq missiya göndərilməsini xahiş etməsi təsadüfi deyil. Bu, Rusiyanın strateji maraqlarına zidd addımdır. Rusiya-Ukrayna müharibəsində yaranmış şərait Ermənistanı məyus edib. Müttəfiqi ilə bağlantıları kəsmək niyyətini daha da gücləndirib.

Ermənistanın taleyi yalnız Azərbaycanla sülh müqaviləsi imzalamaqdan asılıdır. Sülh müqaviləsinin olmaması alternativ müharibədir. Müharibə isə Ermənistanın sonunun başlanğıcı ola bilər. Ermənistan ağlını başına yığıb Azərbaycanla uzuzmüddətli sülh müqaviləsini imzalamalıdır.

ABŞ və Avropa ilə yaxınlaşmanın Ermənistanın gələcək taleyinə necə təsir edəcəyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv