Ermənistanın təcavüzü nəticəsində ziyan çəkənlərə yardım göstərilməsinə başlanıldı

Ermənistanın təcavüzü nəticəsində ziyan çəkmiş vətəndaşlara maddi yardım göstərilir.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli sərəncamının icrasına başlanılıb.