!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın “texniki məsələ” adlandırdığı səbəb Rusiyanın İrəvana göstərişidir” – ŞƏRH

!Reklam – Yazi

“Nizamlama prosesindəki durğunluq Rusiyanın çöküşünə qədər davam edəcək”.

Bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhədlərin delimitasiyası üzrə komissiyanın toplantısının iki dəfə təxirə salınmasını “texniki səbəblər”lə əlaqələndirməsinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə nəzərdə tutulan müzakirələrin yubadılması Moskvanın İrəvana diqtəsindən irəli gəlir:

“Mən Qriqoryanın bu “əsaslandırmasını” ciddi qəbul etmirəm. Komissiyaların tərkibi formalaşdırılıb və görüş vaxtı da müəyyən edilmişdisə, onun baş tutmaması üçün hansı texniki səbəb ola bilərdi ki?

Fikrimcə, burada Ermənistan tərəfinin “texniki məsələ” adlandırdığı səbəb Rusiyanın İrəvana göstərişidir. Hər hansı başqa əsaslı səbəbin olması istisnadır. Bəli, Rusiya indiki mərhələdə Azərbaycanla Ermənistan arasında onun nəzarətindən kənar bir anlaşmanın olmasında maraqlı deyil.

Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında nizamlama prosesindəki durğunluq Rusiyanın çöküşünə qədər davam edəcək. Hazırda Ukraynaya hərbi təcavüzü davam etdirən, lakin bununla özünü çıxılmaz bataqlığa salan Rusiyanın iflasına çox qalmayıb. Mənə görə, Rusiyanın çöküşü qarşıdakı üç-dörd ay ərzində baş verəcək”.

A.Zeynalov

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv