“Ermənistanın təxribatı üçtərəfli bəyanatın qeyri-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha gösərir” – MM sədri

Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bütün bəndlərinin tamamilə və qeyri-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha gösərir.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təxribat zamanı şəhid olan hərbçimizə Allah rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edirik” – spiker əlavə edib.