“Ermənistanın verdiyi mina xəritələrinin yararlılıq səviyyəsi 25 faizi keçmir”.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndi şəhərində keçirilən “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfransda deyib.
O bildirib ki, məlumat emal edildikdə onların yararlığının 25 faizi keçmədiyi məlum oldu. Bu çox aşağı səviyyədədir və yalnız keçmiş təmas xəttini əhatə edir”.