Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda keçiriləcək “3+3” regional platformasının üçüncü iclasında iştirak edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin “3+3” formatına (Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Türkiyə) istinad edərək Cənubi Qafqaz regional əməkdaşlıq platforması vasitəsilə region ölkələri ilə məsləhətləşmələri davam etdirdiyini bildirib.
“3+3” formatında əvvəlki görüş Tehranda keçirilib./unikal