Ermənistanın XİN başçısı istefa verdi

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Facebook səhifəsində məlumat verib.

Qeyd edək ki, Ayvazyan bu vəzifəyə ötən il noyabrın 18-də təyin edilmişdi.