Ermənistanın yeni XİN rəhbəri ləngimədən Mokvaya getdi

Ermənistanın XİN başçısı Ara Ayvazyan Moskvada səfərdədir.

Yenicag.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ara Ayvazyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüşdə Ermənistan-Rusiya münasibətləri, regional məsələlər müzakirə olunub. Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə mövzusu olub.