“Ermənistanla Azərbaycan arasında münaqişə təhlükəsi var” – KTMT

KTMT Ermənistan-Azərbaycan sərhədində böyük münaqişə potensialı görür.

Yenicag.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

Onun sözlərinə görə, vəziyyəti nizamlamaq üçün sülh müqaviləsi lazımdır: “Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin resurslarına çıxış əldə etmək və onların Mərkəzi Asiyaya birbaşa çıxışını təmin etmək cəhdləri var. Sülh müqaviləsinin bağlanması vəziyyətin gələcək tənzimlənməsi üçün vacib olaraq qalır”.

O, qeyd edib ki, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvanın münaqişədən sonrakı nizamlanmasına təsir göstərməyə çalışır./unikal

COP29