Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

Bu gün Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya prosesi nəticəsində Tavuş vilayətinin Kirants (Günən) kəndində son üç sərhəd dirəyi quraşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, dirəklərin yanında erməni sərhədçiləri dayanıb.