“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlanır” – Patruşev

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hazırlanır”.

Yenicag.az xəbər verir ki, bu barədə “Rusiya” sərgi-forumu çərçivəsində Bilik Cəmiyyətinin marafonunda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O deyib ki, Moskva Bakı və İrəvan arasında münasibətləri tənzimləmək üçün əlaqə saxlayır, hazırda sülh müqaviləsi hazırlanır.

“Qarabağ problemi ilə bağlı Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”, – Patruşev qeyd edib.

Xuraman Etibarlı