“Yaxın zamanda Azərbaycanla Ermənistan arasında sülh olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında müharibənin olacağı yönündə çıxan iddialara münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Üçüncü Dünya Müharibəsi də olmayacaq:
“Yaxın gələcəkdə müharibə yox, sülh görürəm. Bu məsələni yayanlar provokatorlardır. Müharibə mövzusunu qabardanların qohumu, qardaşı şəhid olmamış adamlardır.
Üçüncü Dünya Müharibəsi niyə görə olmalıdır? İran çox sinəsinə döyürdü, nə etdi? Bu regionda sinəsinə döyənlər nə edəcək? Kasıbların uşaqları qırılacaq. Nə dünya görürəm, nə də Ermənistanla Azərbaycan arasında müharibə görürəm. Bir az ləngiyə bilər, ancaq sülh baş tutacaq”.
Səxavət Məmməd