!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı fikirləri..." - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin axırına qədər imzalanacağı fikirləri mövcud siyasi reallığı əks etdirmir”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı haqqında danışan politoloq Fuad Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin bir neçə variantını səsləndirib:

“Moskva və Vaşinqton variantı. Moskva variantı Vaşinqtonun, Vaşinqton variantı Moskvanın əleyhinədir. Paşinyan KTMT-yə aid sənədi imzalamamaqla İrəvanın Moskvaya qarşı çıxdığını göstərdi. Yəni Moskvaya əks mövqedə dayanmaq həm də onun təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmaq deməkdir.

Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərindəki suverenliyini təsdiq edir, Ermənistanın mövcud sərhədlərini qorumağa qarant verir. Fikrimcə, Vaşinqtonun təklif etdiyi sülh variantını qəbul etmək məqsədəuyğundur.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin axırına qədər imzalanacağı fikirləri mövcud siyasi reallığı əks etdirmir. 2023-cü ilə keçməyimizə sayılı günlər qalıb. İllərdir həll olunmayan məsələnin bir neçə gündə çözümə qovuşdurulması şübhə doğurur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv