“Ermənistanla danışıqlar dayanıb” – Elmar Məmmədyarov

“Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.

Bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: “Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.

Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.

Yeniçağ.az