Ermənistanla İran arasında viza rejimi ləğv edildi

viza ermeni iranErmənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Xatırladaq ki, iyunun 5-də Tehranda İran və Ermənistan arasında viza rejiminin ləğvinə dair razılaşma imzalanmışdı.