Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanla mümkün sülh danışıqları: “Putinlə Ərdoğan Soçidə əbəs yerə görüşməyiblər” – ŞƏRH

Reklam: High Technic

“Ərdoğan də istəyir ki, həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətləri normallaşsın”.

Bu fikirləri Ermənistan hakimiyyətinin Rusiyanın iradəsindən kənar olaraq Azərbaycan və Türkiyə ilə danışıqlara başlamasının mümkünlüyünü şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Rusiya bu prosesə xeyir-dua verib və bütün imkanları ilə gedişatı nəzarətdə saxlayır:

“Ermənistanın Azərbaycan və Türkiyə ilə mümkün danışıqları Rusiyanın iradəsindən kənar aparacağı mümkün deyil. Əminəm ki, Rusiyanın özü bu prosesə xeyir-dua verib və özü də bütün imkanları ilə müzakirələrin gedişini, gözlənilən nəticələri nəzarətdə saxlayır.

Yəni bu prosesin Rusiyasız başlaması istisnadır. Əgər Moskvanın belə bir danışıqlara hər hansı qadağası olsaydı, yəqin, bu barədə heç söhbət də getməzdi. Amma Rusiya bu məsələyə fərqli yanaşır və danışıqların olmasını istəyir. Hətta hesab edirəm ki, aparılacaq danışıqların nəticələrini də, yəqin ki, Rusiya müəyyənləşdirəcək.

Türkiyə ilə bağlı məsələyə gəldikdə isə aydındır ki, Putinlə Ərdoğan Soçidə əbəs yerə görüşməyiblər. Ərdoğan də istəyir ki, həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətləri normallaşsın. Bölgədə gərginliyin azalması Türkiyənin əsas istəyidir. O baxımdan, gözlənilən danışıqların başlaması Türkiyənin dövlət maraqlarına cavab verir”.

A.Zeynalov

www.yenicag.az

604
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100