Ermənistanla Rusiya arasında əsən SOYUQ YELLƏR: “İrəvan və Kremlin pərdəarxasında birgə oyun oynadıqlarına…”

“İrəvan Kreml üçün sanksiyalardan yayınmaq üçün vasitədir”.

Bunu Ermənistanla Rusiya arasında əsən aoyuq yellərin regiona mümkün təsirlərindən danışan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətdə atdığı addımlara hələ ki birmənalı yanaşmaq mümkünsüzdür:

“Çünki ortada həm Ermənistanın Rusiya təsirindən uzaqlaşmaq səyləri, həm də İrəvan və Kremlin pərdəarxasında birgə oyun oynadıqlarına dair şübhələr var. Ermənistan Rusiya ilə strateji müttəfilqiyi ABŞ ilə əvəz edir, Aİ-yə qəbul olunmaq üçün qanun müzakirəyə çıxarır, İran ilə sərhəddi Rusiya hərbçilərindən təmizləyir, KTMT-dn faktiki olaraq, çıxmaq üzrədir. Buna baxmayaraq, Rusiyadan sərt addımlar atılmır. Bu gün Rusiya-Ermənistan münasibətləri ikili və bir-birinə gizli dəstək vermə siyasəti kimi başa düşülə bilər. Nəticə olaraq İrəvan Kreml üçün sanksiyalardan yayınmaq üçün vasitədir”.

Nəsimi Ələsgərli