!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanla Türkiyənin Moskva görüşündən GÖZLƏNTİLƏR: "Bunlar olmayacaqsa,.." - Politoloq

!Reklam – Yazi

“Top Ermənistanın meydanındadır. Azərbaycanla Türkiyəyə ərazi iddiasından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması, hətta Azərbaycan da bu istiqamətdə müəyyən addımlar ata bilər”.

Bu sözləri Ermənistan və Türkiyə nümayəndələrinin Moskvadakı görüşü və görüşün gözləntilərini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Ermənistan və Türkiyə nümayəndələrinin Moskvadakı görüşü nəticəsiz bitəcək:

“10 oktyabr 2009-cu ildə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması haqqında tarixə “Sürix protokolu” kimi düşən sənədlə indiki vəziyyət fərqlidir. O vaxt Azərbaycan torqaqları işğal altında idi. “Sürix protokolu” Azərbaycanda narahatlıq yaratmışdı. Çünki Türkiyə Ermənistanla əlaqələri o zaman kəsdi ki, Kəlbəcər işğal olundu. Azərbaycan da Türkiyəyə narazılığını bu şəkildə bildirdi ki, Kəlbəcər işğaldan azad olunmayıbsa, Türkiyə necə sərhədləri aça bilər, diplomatik münasibətlər qura bilər. Türkiyə Azərbaycanın bu iradını qəbul etdi. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan o vaxt baş nazir idi. O, Bakıya gəldi, parlamentdə çıxış etdi. Söylədi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər sərhədlər açılmayacaq, diplomatik münasibətlər qurulmayacaq. Ərdoğan verdiyi vədi yerinə yetirdi. Türkiyə parlamenti həmin sənədi rativikasiya etmədi. Artıq torpaqlarımızın böyük hissəsini işğaldan azad etmişik, prezident İlham Əliyevin də açıqlaması olub ki, Türkiyə Ermənistanla siyasəti müəyyənləşdirməkdə sərbəstdir. Buna baxmayaraq, Türkiyə yenə Azərbaycanla məsləhətli şəkildə hərəkət edir.

Bu gün danışıqlar olacaq. Ciddi bir nəticə gözləmirəm. Çünki Ermənistanın təxribatları davam edir. Üstəgəl Ermənistandan iki addım tələb olunur – iki qonşu dövlətinə qarşı ərazi iddiasından vaz keçsin. Azərbaycanın ərazi bütövlüyünü tanısın. Bunlar olmayacaqsa, əlbəttə danışıqlar davam edəcək, ancaq heç bir ciddi nəticə əldə olunmayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv