!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməniyə divan tutan Xocalı igidi - Şəhid Zahid Xudiyev anıldı

!Reklam – Yazi

25 il əvvəl Xocalıda baş verən hadisələr zamanı mərdliklə vuruşan və əhalinin mühasirədən çıxmasına kömək edən xocalılar da olub. O xocalılar ki, hətta o müsibətdən sonra belə silaha sarılaraq, Vətəni müdafiə ediblər. Belə xocalılardan biri də Zahid Xudiyevdir. Nə qədər kədərli olsa da, 20 fevral onun şəhid olduğu gündür. Z. Xudiyev 1994-cü ilin fevral ayında Füzulidə gedən döyüşlərdə ağır yaralanıb və fevralın 20-də şəhid olub.

Yeniçağ.az xəbər verir ki, bu gün Zahid Xudiyev yaxınları və o cümlədən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvləri şəhidin II Şəhidlər Xiyabanındakı qəbrini ziyarət ediblər.

Şəhidin qardaşı Vaqif Vəliyev bildirib ki, Z. Xudiyev Qarabağ hadisələri başlayarkən, 1989-cu ildə Xocalıya qayıdıb:

“Son günə qədər Xocalıda olub və ermənilərlə döyüşüb. Xocalıda olanda onun silahı yox imiş, ancaq Milli Ordunun şəhid döyüşçülərinin silahını götürüb, döyüşərək Ağdama gəlib çıxıb. Hətta Naxçivanik kəndi yaxınlığında BTR-dən xocalılara atəş açan erməniləri Zahid əl qumbarası ilə susdurub və camaatın qırılmasının qarşısını alıb. Bu hadisənin şahidi də var. Xocalılar danışır ki, qardaşım silahla döyüşə-döyüşə ölənlərin gözlərini bağlayırmış. Ağdama gələndə isə götürdüyü silahı orduya təhvil verib. 1993-cü ildə Heydər Əliyevin əhalini Qarabağda döyüşə çağırmasından sonra Zahid yenidən ordu sıralarına qayıtdı. Qazaxda, Füzulidə və başqa ərazilərdə düşmənlə döyüşdü. Qazaxın Xanlıqlar kəndinin sakinləri bu gün də təsdiqləyir ki, Zahid kəşfiyyata gedib, erməni əsiri gətirir və sonradan onu azərbaycanlı hərbiçi ilə dəyişirlər. Lakin Füzulidə gedən döyüşlər zamanı ağır yaralanır və dünyasını dəyişir. Zahid Xudiyev Xocalının işğalından sonra Xocalının ilk şəhidi olur”.

Rəna Xudiyeva bildirib ki, qardaşı Zahid Xudiyev döyüşkənliyi ilə hər zaman yaddaşlarda yaşayacaq:

“Zahidi Xocalıdan olan heç kim unutmayıb və unutmayacaq da. Çox istərdik ki, Xocalı işğaldan azad olunsun və onda Zahidin ruhu rahatlıq tapacaq”.

Anım mərasimində “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak edib və şəhid Zahid Xudiyevin qəhrəmanlığından danışıb.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

1748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv