Ermitajda bomba həyəcanı: Ziyarətçilər təxliyə edildilər

Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər muzeyin minalanması ilə bağlı məlumatla əlaqədar təxliyə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.

“İyunun 24-də Ermitaj binanın minalanması ilə bağlı məlumat alıb. Ziyarətçilər Baş Muzey Kompleksinin ərazisindən təxliyə edilib. Muzeyin mühafizəsi əməkdaşları Milli Qvardiyanın əməkdaşları ilə birlikdə sərgi salonlarına və ofis binalarına baxış keçirirlər”, – məlumatda deyilir./Report/