!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Eros Ramazotti Bakıda konsert verəcək

!Reklam – Yazi

4f878b83fecd0dcc0da43b90884cdc88Məşhur italiyalı müğənni Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.

Mərkəzin dəstəyi ilə keçiriləcək konsertin 2016-cı il aprelin 24-də baş tutacağı gözlənilir.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazotti karyerasına məşhur müğənni kimi imza atıb.

Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazottinin mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.

Qeyd edək ki, Ramazottinin Bakı konserti də “Perfetto” dünya turu çərçivəsində təşkil olunacaq.

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv