Damğa vuruldu, ən çox izlənən klip oldu – Video

Müğənni Hadisənin Türkiyə Televiziya Şurası (RTÜK) tərəfindən “erotik” damğası qoyulduğu “Sıfır tolerans” adlı klipi Belçikada ən çox izlənilən ekran işi olub.
Ölkədə yayımına qadağan qoyulan klipinə görə etiraz edən ifaçı “200 min lirə (100 min AZN) xərcləmişəm, çölə atan deyiləm” deyib ölkə xaricində yayımı həyata keçirib.
Ölkə xaricində yayımlanan “Sıfır tolerans” ötən gün Belçikada ən çox izlənilən 2-ci klip olub.
Xatırladaq ki, RTÜK musiqi kanallarını Hadisənin “Sıfır Tolerans” klipini yayımladığı üçün cəzalandırmışdı. Buna səbəb açıq-saçıq səhnələrin uşaq və gənclərin fiziki, əxlaqı inkişafına zərər verəcək hərəkətlərə yol verildiyi iddia edilib.