“Yeşilçam”ın erotik filmlərinin gözəl aktrisası əslində kişi imiş.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, bir çox erotik filmdə iştirak edən Emel Aydanın kişi olduğu illər sonra üzə çıxıb. Cazibədar qadın obrazı ilə hamını özünə heyran edən Emel Aydanın kişi olması heç vaxt izləyicilərin və həmkarlarının ağlına belə gəlməyib. Həqiqət illər sonra Emelin ölümündən sonra məlum olub.
1951-ci ildə dünyaya göz açan Emel Aydan gənclik illərində Romada əməliyyat olunaraq, cinsiyyətini dəyişdirib. Əsl adı Ərdoğan Kaşif olan aktrisa 1970-ci illərin ortalarında Türkiyəyə qayıdaraq, erotik filmlərin bir nömrəli ulduzuna çevrilib.
Bununla yanaşı o, “Lüks hayat” adlı musiqili komediya və “Kader bu” adlı dram janrında çəkilən filmlərdə rol alıb.