İspaniyanın ən gənc yepiskopunun erotik romanlar müəllifi olan yazıçı ilə evlənməyi ona baha başa gəlib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Solsona Bələdiyyəsinin fəxri yepiskopu Xavyer Novell-i-Qoma yazıçı, erotik romanlar müəllifi olan Silviya Kabalyol-i-Klemente ilə Barselona əyalətindəki Suriya şəhərciyində rəsmi nikaha girib.
İspaniyanın Yepiskop konfransı ölkənin ən gənc yepiskopu olan Novell-i-Qomanın bu hərəkətini kanonik qanunlara zidd sayaraq, onu bir müddət xidmətdən və dini dərslərdən uzaqlaşdırıb.
Bununla belə, konfrans Novell-i-Qomanı yepiskop titulundan hələ ki, məhrum etməyib.