İraq Türkman Cəbhəsinin (İTC) Sabiq sədri, millət vəkili Ərşad Salihi İTC-dəki vəzifəsindən istefa verdikdən sonra ilk səfərini Azərbaycana edib.
Yenicag.az xəbər verir ki, bu barədə Salihi özünün sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Ərşad Salihi Şəhidlər Xiyabanını da ziyarət edib.
“Bu gün Azərbaycanın Bakı şəhərində Şəhidlər Xiyabanını ziyarət etdik. Türkmanelindən bol salam və sevgi gətirdiyimiz boxçamızı can Azərbaycandakı dostlarımıza açdıq. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur”, – deyə Salihi qeyd edib.