Ərsin Tatar: “Azərbaycanın zəfəri bizim də zəfərimiz oldu” – ŞKTC prezidenti ilə ÖZƏL MÜSAHİBƏ / VİDEO

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ərsin Tatar Qarabağ zəfərinin birinci ildönümü münasibətilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən İstanbulda təşkil edilən “Qarabağ Azərbaycandır” adlı tədbirə qatılıb.

Tədbirdə Yenicag.az-a özəl müsahibə verən Ərsin Tatar Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi zəfərin bütün türk dünyasının qələbəsi olduğunu bildirib, 44 gün ərzində Kipr türklərinin ürəyinin Azərbaycanla döyündüyünü qeyd edib.

Ərsin Tatar Azərbaycanın ermənilərlə, Şimali Kipr türklərinin də yunanlarla savaş apardığını vurğulayıb:

“Şimali Kipr Türk Cümhuriyyətindən Kipr xalqının salamını gətirdim. Azərbaycanın zəfəri bizim də uğurumuzdur. Bütün türk dünyasının adından deyim ki, çox sevincliyik. Eyni kökdən gələn, eyni mədəniyyəti paylaşan millət olaraq qədərimiz də, könlümüz də birdir. İnşallah, gələcəyimiz də bir olacaq. 44 gündə biz Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycanı, Qarabağdakı mübarizəni izlədik.

Biz də Kiprdə yunanlarla mübarizə aparırıq. Bu mədəniyyət qarşıdurmasında bizlərin bir yerdə olması lazımdır. Azərbaycanlı qardaşlarımızdan Şimali Kipr Türk Cümhuriyyəti məsələsində yanımızda olmalarını istəyirik”.

ŞKTC prezidenti Ərsin Tatarla müsahibəni təqdim edirik:

COP29