Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Ersin Tatar Azərbaycanı Qarabağdakı qələbəsi münasibətilə təbrik edib.
Yenicag.az xəbər verir ki, Ersin Tatarın təbrik mesajında bunları söyləyib:
“Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşması ilə 45 gündür davam edən çətin bir müharibə sona çatdı və bir tarix yazıldı. Azərbaycan meydanda və masada əhəmiyyətli bir qazana bildi, böyük bir qələbə qazandı. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti olaraq bu uğuru öz adımdan və Kipr Türk xalqı adından ürəkdən təbrik edirəm və uğurlu olmasını diləyirəm.
Azərbaycanlı qardaşlarımızın sevinci bizim sevincimizdir. Azərbaycan Ordusunu təbrik edirəm və Vətəninin azadlığı uğrunda şəhid olanlara Uca Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycanın üçrəngli bayrağının Qarabağ səmalarında əbədi dalğalanacağına inanırıq.
Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır. Üç dövlət bir millətik”.