Ersin Tatardan Türk xalqına BAŞSAĞLIĞI – PKK-nın qətlə yetirdiyi şəxslərlə bağlı…

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyə Silahlı Qüvvələri tərəfindən “Qartal-2” əməliyyatlarının keçirildiyi Şimali İraqın Gara bölgəsində PKK terror təşkilatının tərəfindən qaçırılıb öldürülən 13 nəfər mülki vətəndaşa görə onların yaxınlarına və Türk millətinə başsağlığı verib.

Yenicag.az-ın xəbərinə görə, Prezident Ersin Tatar tərəfindən yayılan başsağlığı mesajında deyilir:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələri tərəfindən fevralın 10-da Şimali İraqın Gara bölgəsində sığınacaq quran PKK terror təşkilatı ünsürlərinə qarşı düzənlənən “Pəncə Qartal-2″ hərbi əməliyyatı uğurla tamamlanarkən sözü gedən bölgə nəzarət altına alınmışdır. Bölgədə aparılan axtarışlarda isə bir mağarada xain terror təşkilatı tərəfindən daha öncə qaçırılan 13 mülki vətəndaş qardaşımızın cəsədləri tapılmışdır. Bu vəhşiliyi və bunu törədən xain terror təşkilatı və onu dəstəkləyənləri lənətləyir, öz adımdan və Kipr Türk xalqı adından 13 qardaşımıza Allahdan rəhmət, ailələrinə, yaxınlarına və Türk millətinə başsağlığı diləyirəm”.