!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ersin Tatardan Xocalı soyqırımı ilə bağlı Azərbaycana başsağlığı

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Yenicag.az xəbər verir ki, Xocalı qətliamını törədənləri yenidən lənətləyərək, bu qətliamda həyatını itirənləri sayğı ilə anıb.

Qeyd edək ki, başsağlığı mesajı ötən həftənin cümə günü yayılıb.

Azərbaycan xalqının Qarabağ məsələsində haqlı mübarizəsində uğur qazanacağına ürəkdən inandığını qeyd edən Ersin Tatarın mesajında bunlar bildirilir:

“Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücumlarında törətdikləri vəhşiliklərin 29-cu ildönümündəyik. Bəşər və dünya tarixində qara ləkə kimi baş verən Xocalı qətliamında 613 azərbaycanlı qardaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar, erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürüldü, yüzlərlə insan qaçırıldı və minlərlə adam əsir götürüldü. Qaçırılan azərbaycanlı qardaşlarımızdan heç bir xəbər alınmayıb.

Aradan illər keçsə də unudulmayacaq bu qətliamı bir daha qınayır və öz adımdan və Kipr Türk xalqı adından qardaş Azərbaycan xalqına başsağlığı verir və bu yerdə həyatını itirən azərbaycanlı qardaşlarımızı hörmətlə anıram.

Qardaş Azərbaycan xalqının Dağlıq Qarabağın ədalətli və müqəddəs işində uğur qazanacağına ürəkdən inanır, Qarabağ uğrunda döyüşlərdə şəhid olanları bir daha rəhmət və sayğı ilə anıram. Qardaş Azərbaycan xalqına ən içdən və ən səmimi duyğularımla Kipr Türk xalqının həmrəyliyini və birliyini yetirirəm”.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv