!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərzaq qiymətləri arta bilər - Tarix verildi

!Reklam – Yazi

“Yeni il qabağı ərzaq məhsullarının qiymətləri daha nəzərəçarpacaq şəkildə yüksələ bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında il sonuna qədər ərzaq qiymətlərinin artımı ehtimalı barədə danışan iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu artım prosesi hər yeni il qabağı yaşanır.

“Azərbaycanda qiymət artımının son dalğası əsasən dizel yanacağının bahalaşmasından sonra baş verdi. Dizel yanacağının birdən-birə 25 faiz artımı kənd təsərrüfatı məhsullarının əkin-biçininə, emalına, yığılmasına, daşınmasına təsir göstərir. Bundan başqa, bu ərzaq məhsullarının daşınmasına da öz təsiri var”, – deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycan ərzaq məhsullarını daha çox xaricdən idxal edir.

“Ona görə də bunun da prosesə müəyyən qədər təsiri var. Buna görə də təəssüf ki, noyabr ayından sonra yeni il qabağı dalğasını hər il yaşayırıq. Düşünürəm ki, bu il daha ciddi şəkildə bu dalğanı hiss edə bilərik. Yeni il qabağı qiymətlər əsasən ərzaq məhsullarında daha nəzərəçarpacaq şəkildə yüksələ bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv