“Əsas diqqətimiz Ukraynaya hava hücumundan müdafiə sistemləri göndəriməsinə yönəlib” – NATO-nun Baş katibi

“Son günlər müharibədə fevralın 24-dən sonra gərginliyin ən yüksək həddə çatdığı müşahidə edilir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, NATO ölkələrinin müdafiə nazirləri “Ramştayn” formatı çərçivəsində Ukraynaya hərbi yardımın yeni istiqamətlərini müzakirə edəcəklər.

Məlumata görə, müdafiə nazirlərinin “Ramştayn” formatında Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşü də nəzərdə tutulub. Danışıqlarda Ukraynaya hərbi yardımın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə danışan NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, alyansın əsas diqqəti Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərilməsinə yönəlib:

“Rusiya on minlərlə insanı səfərbərliyə cəlb edir. Biz Ukrayna ərazilərinə kortəbii zərbələr endirildiyini, Rusiyanın orada yeni ərazilər işğal etmək istədiyini və nüvə zərbəsi ilə təhdidlərin olduğunu görürük”.

COP29