!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əsas hədəf Türkiyədir, Moskvanın bu oyununa getməməliyik” - Politoloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Rusiya Türkiyənin Cənubi Qafqazda, o cümlədən, Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün baş tutacaq üçtərəfli görüşdən öncə Kreml sahibinin Fransalı həmkarı Emmanuel Makronla Qarabağ məsələsini müzakirə etməsinin mümkün səbəblərindən danışan politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu Putinin bu addımını Türkiyənin Qarabağda neytrallaşdırılması siyasəti ilə əlaqələndirib:

“Görünür, Parisə edilən zənglər heç də Putinin “digər həmsədrlə məsləhətləşməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir. Putin Suriya, Liviya mövzularında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dialoq içindədir. Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verirlər.

Rusiya 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən, Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir.

Halbuki, Kreml 10 noyabr bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı. Biz Kremlin bu oyununa getməməliyik. Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik”.

Aqil Bəkir

www.yenicag.az

4394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv