Əsəd Fransanın şərəf ordenindən imtina etdi

Suriya prezidenti Bəşər Əsəd Fransa tərəfindən vaxtilə ona təqdim olunan “Fəxri Legion” ordenini öz istəyilə geri qaytaracağını açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Əsəd ABŞ-ın köləsi olan bir ölkənin şərəf ordenini daşımayacağını bildirib.  Suriya prezidenti çıxışı zamanı Fransanın İngiltərə və ABŞ-la birlikdə Suriyaya hücum etməsini sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Fransa tez-tez Əsədi bu ordenin geri alınacağı ilə təhdid edirdi.

 

COP29