Əsəd müxalifləri xlor qazı ilə bombaladı

38054Suriya ordusu Dəməşqin Cobar rayonunu xlor qazından istifadə edərək bombalayıb.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, müxalif qüvvələrin nəzarət etdiyi 15 nəfər xəsarət alıb. Suriya İnsan Haqları təşkilatının məlumatına görə, xlor qazı hücumu faktları son zamanlar xeyli artıb.

Kimyəvi silah zamanı zəhərlənən 15 nəfər döyüş şəraitində fəaliyyət göstərən səhra hospitallarına yerləşdirilib.